...

Gürcüstan parlamenti vitse - spiker Paata Davitayanı təsdiq edib

Siyasət Materials 26 Dekabr 2008 20:47 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 26 dekabr/ Trend , müxbir N.Kirtsxaliya/ Bu gün axşam Ali qanunverici orqanın növbədənkənar sessiyasında, Gürcüstan parlamentinin yeddinci vitse-spikeri təsdiq edilib. Bu vəzifəni müxalifətdən olan deputat Paata Davitaya tutub. Qərar 96 səs "lehinə" olmaqla, yekdilliklə qəbul edilib. Davitaya müxalifətdən ikinci vitse-spiker olub. Onu "Güclü Gürcüstan" müxalifət fraksiyası təqdim edib. Davitaya, Rusiyanın təcavüzü ilə bağlı faktların öyrənilməsi üzrə parlament komissiyasına rəhbərliyə başladıqdan sonra məşhurlaşıb. Prezident Mixail Saakaşvili və parlamentin spikeri David Bakradzeyədək dövlətin bütün ali şəxsləri bu komissiya qarşısında çıxış edib.

Xəbər lenti

Xəbər lenti