...

Azərbaycan prezidenti Bakıda Beynəlxalq muğam mərkəzinin açılış mərasimində iştirak edib

Siyasət Materials 27 Dekabr 2008 22:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 dekabr/ Trend / Azərbaycan prezidenti İlham Əliyev şənbə günü Bakıda Beynəlxalq muğam mərkəzinin açılış mərasimində iştirak etmişdir, -məlumatı AzərTAc dövlət agentliyi yayıb.

Mərkəzin inşası Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilmişdir.

2005-ci il aprelin 6-da prezident İlham Əliyev Bakıda Beynəlxalq Muğam Mərkəzinin yaradılması haqqında sərəncam imzalamışdı.

Beynəlxalq Muğam Mərkəzi ümumi sahəsi 7,5 min kvadratmetr olan üçmərtəbəli binadan ibarətdir. Binanın forması Azərbaycanın qədim musiqi alətlərindən olan tarın hissələrini xatırladır. Ən müasir texnologiyadan istifadə edilməklə tikilən bina üçün lazımi avadanlıq İtaliya, Avstriya, Fransa və Türkiyədən gətirilmişdir.

Xəbər lenti

Xəbər lenti