...

Azərbaycan prezidenti Rusiya prezidenti administrasiyasının rəhbərini qəbul edib

Siyasət Materials 28 Dekabr 2008 18:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 dekabr / Trend / Azərbaycan prezidenti İlham Əliyev dekabrın 28-də Rusiya Federasiyası Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkini qəbul edib. Bu barədə AzərTAc Dövlət İnformasiya Agentliyi xəbər yayıb.
Sergey Narışkin Rusiya Prezidenti Dmitri Medvedevin salamlarını və qarşıdan gələn Yeni il bayramı münasibətilə təbriklərini Prezident İlham Əliyevə çatdırıb.
Görüşdə Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, əlaqələrin bundan sonra da genişlənəcəyinə və möhkəmlənəcəyinə əminlik ifadə olunub. İlham Əliyev Rusiya Prezidentinin Yeni il təbriklərinə görə təşəkkürünü bildirib, onun da salamlarını və bayram təbriklərini Dmitri Medvedevə çatdırmağı xahiş edib.

Xəbər lenti

Xəbər lenti