...

Türkmənistan və İran hüquqi yardım barədə sazişi təsdiq edib

Siyasət Materials 29 Dekabr 2008 10:52 (UTC +04:00)

Türkmənistan, Aşqabad, 29 dekabr/ Trend , müxbir E.Həsənov/ Türkmənistan və İran cinayət işləri üzrə qarşılıqlı hüquqi yardımın göstərilməsi haqqında hökumətlərarası sazişin təsdiqi barədə fərman mübadiləsi aparıblar. Bu barədə Türkmənistian Xarici İşlər Nazirliyinin press-relizində bildirilir. Protokolu türkmən tərəfindən baş nazirin müavini, xarici işlər naziri Rəşid Meredov, İran tərəfindən isə İran İslam Respublikasının (İİR) Türkmənistandakı fövqəladə və səlahiyyətli səfiri Məhəmmədrıza Forqani imzalayıb.

Görüş zamanı iki dövlətin parlamentlərinin təsdiq etdiyi qarşılıqlı hüquqi yardımın göstərilməsi haqqında sazişin dövlətlərarası müqavilə-hüquq bazasını tamamlayacağı və Türkmənistan və İranın müvafiq dövlət strukturları arasında əməkdaşlığın inkişafına yardım göstərəcəyi xüsusi olaraq qeyd olunub.

Bu günlərdə Tehranda Türkmənistan və İİR arasında konsulluq, gömrük və sərhəd məsələləri üzrə hökumətlərarası komissiyanın altıncı iclasında əldə olunan razılaşmanı möhkəmləndirən memorandum imzalanıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti