...

Azərbaycanın televiziya kanallarında bütün verilişlər ana dilində yayımlanacaq – MTRŞ - nin sədri

Siyasət Materials 30 Dekabr 2008 15:18 (UTC +04:00)
Azərbaycanın televiziya kanallarında bütün verilişlər ana dilində yayımlanacaq – MTRŞ - nin sədri

Azərbaycan, Bakı, 30 dekabr / Trend , müxbir A.Hüseynbala/ 2009-cu ilin yanvarın 1- dən Azərbaycanın televiziya kanallarında bütün verilişlər ana dilində yayımlanmalıdır,- Milli Televiziya və Radio Şurasının sədri Nuşrəvan Məhərrəmli çərşənbə axşamı keçirdiyi mətbuat konfransında bildirib. 

Məhərrəmli bildirib ki, 2008 - ci ilin yanvarında qeyd olunan məsələ ilə bağlı Şuranın qərarı olub. "Keçən müddət ərzində telekanallarda yayımlanan verilişlərin 95 faizində bu məsələyə əməl olunub. Bu, qənaətbəxş deyil"- deyə Məhərrəmli bildirib.

Trend -un arayışı: Ötən il martın 14 - də MTRŞ - nin iclasında Azərbaycanda fəaliyyət göstərən telekanallarda 2008-ci ilin yanvarın 1-dən əcnəbi dillərdə filmlərin (bədii, sənədli) nümayişinin tamamilə qadagan olunmasına dair qərar çıxarılıb. Qərarda türk dili, başadüşülən olduğundan, əcnəbi dillər siyahısına salınmayıb. Teleradio Şurası qərarında qeyd edib ki, gələn ildən telekanallar bütün filmləri Azərbaycan dilinə dublyaj etməlidir. Qərara tabe olmayan telekanalların fəaliyyətinə xitam veriləcək.

O, qeyd edib ki, bəzi verilişlərdə - maarifləndirici, xarici ölkə rəhbərlərinin ölkəyə səfəri zamanı - Azərbaycan dilindən kənar yayımlanmalar mümkündür. "Ancaq bu halda mütləq titrlərdən istifadə olunmalıdır" - o deyib.

"Çto? Qde? Koqda?" verilişinin yayımlanmasına toxunan sədr deyib ki, həmin veriliş bir il müddətində titrlərlə yayımlanacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]



Xəbər lenti

Xəbər lenti