...

Azərbaycan Parlamenti bugünkü plenar iclasında "Təhsil haqqında" Qanun layihəsini ikinci oxunuşda qəbul edib

Siyasət Materials 30 Dekabr 2008 16:35 (UTC +04:00)
Azərbaycan Parlamenti  bugünkü plenar iclasında "Təhsil haqqında" Qanun layihəsini ikinci oxunuşda qəbul edib

Azərbaycan, Bakı, 30 dekabr/ Trend , müxbir İ.Xəlilova/ Azərbaycan Parlamenti bugünkü plenar iclasında "Təhsil haqqında" Qanun layihəsini ikinci oxunuşda qəbul edib. İclasda 104 deputat layihənin lehinə, üçü isə əleyhinə səs verib.

Milli Məclisin çərşənbə axşamı keçirilən iclasında parlamentin spikeri Oqtay Əsədov bildirib ki, Qanun layihəsi çərçivə sənədidir və onun qəbulundan sonra "Təhsil kreditləri haqqında", "Orta təhsil haqqında" və s. daxil olmaqla digər normativ-hüquq aktlarının hazırlanacağı gözlənilir.

Spiker bildirib ki, bununla bağlı olaraq bu gün keçirilən iclasda deputatlar tərəfindən səsləndirilən bir sıra təkliflər digər qanunların hazırlanması ilə yanaşı nəzərdən keçiriləcək.

Müzakirələr zamanı digər ölkələrin praktikası əsasında müəllim heyəti üçün yaş həddinin göstərilməsi ilə bağlı fikirlər səsləndirilib. Məsələn Türkiyədə müəllim 67 yaşından sonra pensiyaya çıxmalıdır və fəaliyyətinin dayandırmalıdır. Bəzi deputatlar bu yeniliyə qarşı çıxıblar və onlar hesab edirlər ki, qanunda yaş limitinin göstərilməsi mənfi nəticələrə gətirib çıxaracaq.

Parlamentin iqtisadi siyasət daimi komissiyasının üzvü Vahid Əhmədovun iri şirkətlərin (BP, Mercedes və s.) üzərinə peşəkar texniki müəssisələrin yaradılmasına dair öhdəliyin qoyulması ilə bağlı təklifi spiker tərəfindən dəstəklənib. Spiker hesab edir ki, bu xuüsusilə də, dövlət komitələri üçün kadrların formalaşdırılması məqsədi ilə məqsədəuyğun təklifdir. Bu gün SOCAR şirkətində analoji praktika tətbiq olunur. 

Bəzi deputatlar ali təhsil müəssisələrinə daxil olan zaman test sisteminin tətbiq edilməsi ilə bağlı şübhələrini ifadə ediblər. Lakin spiker bu fikirləri əsassız hesab edib, belə ki, qanuna əsasən, sistem təkmilləşdiriləcək və abituriyentlərin bölgüsü daxil olanların istəyi ilə həyata keçiriləcək.

Məcburi qaydada doqquz illik təhsili nəzərdə tutan qanun layihəsinə əsasən iki pilləli orta təhsil sistemi (9+2) məsələsinə toxunan Əsədov bildirib ki, bu sistemə keçid yalnız 50-10 ilə respublikada texniki peşə müəssisəlçəri inkişaf etdikdən sonra keçimək mümkündür.

"Təhsil haqqında" Qanun layihəsi ilk oxunuşda ötən ilin dekabrında, hazırkı qanun isə 1992-ci ildə qəbul olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti