...

Azərbaycan Prezidenti Kuba və Sudan başçılarını təbrik edib

Siyasət Materials 30 Dekabr 2008 20:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 dekabr / Trend / Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kuba Respublikası Dövlət Şurasının və Nazirlər Şurasının sədri Raul Kastro Rusu və Sudan Respublikasının Prezidenti Ömər Həsən Əhməd əl-Bəşiri bu ölkələrin milli bayramları münasibəti ilə təbrik edib. Dövlət başçısı Azərbaycan - Kuba və Azərbaycan - Sudan münasibətlərinin gələcəkdə də inkişaf edəcəyinə dair ümidvarlığını bildirib. Bu barədə məlumatı AzərTAc İnformasiya Agentliyi yayıb.

Xəbər lenti

Xəbər lenti