...

Gürcüstan XİN Rusiyanın Gürcüstan -Amerika Xartiyasına münasibətini "anlayışla" qarşılayır

Siyasət Materials 12 Yanvar 2009 19:25 (UTC +04:00)

Gürcüstan,Tbilisi.12 yanvar / Trend , müxbir N.Kirtsxaliya/ Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze strateji əməkdaşlıq haqqında Gürcüstan - Amerika Xartiyasının imzalanmasına Rusiyanın mənfi münasibətini "anlayışla" qarşılayır.

"Əlbəttə, Rusiya bu sənədə sevinməyib", - Vaşadze   bazar ertəsi brifinqdə bildirib." "Bu Xartiya Moskvanın planlarına mane olur. Moskva istəyir ki, Gürcüstanı hakimiyyətsiz, qanunların işləmədiyi "boz" bir əraziyə çevirsin", - XİN-in başçısı qeyd edib.

" Rusiyanın Avqust təcavüzü Gürcüstanda hakimiyyətin dəyişilməsinə gətirib çıxara bilmədi və indi bu Xartiya Rusiyanın Gürcüstana qarşı  təcavüzkar planlarının tabutuna  vurulan yeni mismar olacaq ", - Vaşadze əlavə edib.  

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti