...

Latviya Aİ-nin Qonşuluq Siyasətinə töhfə verməyə hazırdır-  Latviya prezidenti

Siyasət Materials 13 Yanvar 2009 16:12 (UTC +04:00)
Latviya Aİ-nin Qonşuluq Siyasətinə töhfə verməyə hazırdır-  Latviya prezidenti

Fransa, Strasburq, 13 yanvar/ Trend , müxbir A.Məhərrəmli/ Latviya Aİ-nin Qonşuluq Siyasətinə töhfə verməyə hazırdır. Bu sözləri Latviya prezidenti Valdis Zatlers çərşənbə axşamı Avropa Parlamentinin Strasburqda keçirilən sessiyasında bildirib.

"Latviya Avropa Qonşuluq Siyasəti çərçivəsində önəmli rol oynayacaq. Qonşuluq siyasətində bir şeyə xüsusi diqqət vermək lazımdır; danışıqlar regionun xüsusiyyətinə uyğunlaşdırılmalıdır", - deyə prezident vurğulayıb.

Onun sözlərinə görə, siyasətdə yer alan hər bir ölkənin öz tarixi, özünəməxsus inkişaf yolu var. "Bu siyasət çərçivəsində ikitərəfli münasibətlərə xüsusi önəm verilməlidir. Latviya bu siyasətə öz töhfəsini verməyə hazırdır. Bu töhfə Şərqi Avropa ölkələri ilə əlaqələrdə əldə etdiyimiz  təcrübəyə əsaslanacaq. Biz bundan bəhrələnməliyik. Umid edirəm ki, Qonşuluq Siyasəti çərçivəsində qonşu ölkələrlə əlaqələr  Çexiyanın Aİ-yə sədrliyi dövründə daha da güclənəcək", -  prezident deyib.

Xəbər lenti

Xəbər lenti