...

Azərbaycan prezidenti Estoniyanın  Dağlıq Qarabağ münaqişəsinə münasibətdə Azərbaycanın mövqeyini dəstəkləməsini yüksək qiymətləndirib

Siyasət Materials 13 Yanvar 2009 16:43 (UTC +04:00)
Azərbaycan prezidenti Estoniyanın  Dağlıq Qarabağ münaqişəsinə münasibətdə Azərbaycanın mövqeyini dəstəkləməsini yüksək qiymətləndirib

Azərbaycan prezidenti İlham Əliyev çərşənbə axşamı Estoniyanın dövlət başçısı  Toomas Hendrik İlveslə birgə Bəyannamənin imzalanmasından sonra, Estoniyanın Dağlıq Qarabağ münaqişəsinə münasibətdə Azərbaycanın mövqeyini dəstəkləməsini yüksək qiymətləndirib, - məlumatı AzərTAc dövlət informasiya agentliyi yayıb.  

Prezident İlham Əliyev Estoniya Prezidentinin Azərbaycana səfərinin iki ölkə arasında siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlığın daha da inkişafına təkan verəcəyini bildirib. 

Estoniya Prezidenti Toomas Hendrik İlves səfər zamanı keçiriləcək biznes - forumun iki ölkə arasında əlaqələrin möhkəmlənməsinə mühüm töhfə olacağını vurğulayıb. 

Estoniyanın dövlət başçısı qlobal enerji təhlükəsizliyində Azərbaycanın rolunu xüsusi qeyd edib.  İlves ölkəsində Azərbaycanla əlaqələrə mühüm əhəmiyyət verildiyini və bu səfərdən sonra ikitərəfli münasibətlərin daha da genişlənəcəyinə əminliyini bildirib.

Xəbər lenti

Xəbər lenti