...

Avropa İttifaqının  digər  üzvləri kimi, Estoniya da Azərbaycanı böyük potensiallı tərəfdaş qismində nəzərdən keçirir - prezident

Siyasət Materials 13 Yanvar 2009 18:46 (UTC +04:00)
Avropa İttifaqının  digər  üzvləri kimi, Estoniya da Azərbaycanı böyük potensiallı tərəfdaş qismində nəzərdən keçirir - prezident

Azərbaycan, Bakı, 13 yanvar/ Trend , müxbir S.Ağayeva/

Avropa İttifaqının  digər üzvləri kimi, Estoniya da Azərbaycanı böyük potensiallı tərəfdaş qismində nəzərdə keçirir və biz onunla həm iqtisadi, həm siyasi əlaqələri inkişaf etdirmək, genişləndirmək istərdik, - Estoniya prezidenti Toomas Hendrik İlves çərşənbə axşamı Bakıda, Azərbaycan prezidenti İlham Əliyevlə görüşdə bildirib.

Prezident İlves görüşdə diqqəti Avropa İttifaqı və Azərbaycan arasında münasibətlərin gələcəyinə  yönəldib, - Estoniya prezidentinin rəsmi saytı xəbər verir.

"Xəzər regionu və regionda aparıcı ölkələrdən biri kimi, Azərbaycan Avropa İttifaqının enerji təhlükəsizliyinin artırılmasına vacib rol oynamağa dəvət edilib. Rusiya və Ukrayna arasında bir müddət əvvəlki qaz mübahisəsi zamanı enerji yollarının /yanacaq tədarükünün/ diversifikasiyasının Avropa İttifaqı üçün  nə qədər vacib olduğu yenidən aydın oldu", - prezident İlves deyib.

"Məhz buna görə də, biz Azərbaycanın cənub enerji dəhlizinin - "Nabukko" qaz kəməri layihəsinin və Odessa - Brodı neft kəmərinin realizəsində iştiraka hazır olmasını yüksək qiymətləndiririk", - o bildirib.

Dəyəri 12,4 mlrd. dollar olan "Nabukko" qaz kəməri ilə 2013 - cü ildən Azərbaycan və Mərkəzi Asiyadan Avropa Ittifaqı ölkələrinə qaz ixracı nəzərdə tutulur. Qaz kəmərinin çəkilməsi 2010 - cu ilə təyin edilib. Boru kəmərinin maksimal ötürmə gücü ildə 31 mlrd. kubmetr olacaq. Layihənin iştirakçıları OMV, Macarıstanın MOL, Bolqarıstanın Bulgargaz, Rumıniyanın Transgaz, Türkiyənin Botas və Almaniyanın RWE şirkətləridir. Onların hər biri bərabər- 16,67 faiz paya malikdir.

Layihənin dəyərinin 30 faizi layihədə pay iştirakı əsasında Nabucco Gas Pipeline International-ın səhmdarları tərəfindən ödəniləcək. Qalan 70 faizin üçdə bir hissəsi beynəlxalq maliyyə təşkilatları, digər hissəsi ixrac kredit agentlikləri və kommersiya bankları tərəfindən maliyyələşdiriləcək kreditorların hesabına ödəniləcək.

Prezident Əliyev vurğulayıb ki, "Nabukko" qaz kəməri çəkildiyi halda, hər bir tərəfin fəaliyyət və məsuliyyəti müəyyən edilməlidir.

Prezident İlves Azərbaycanı Avropa Komissiyasının hazırladığı "Şərq Tərəfdaşlığı" layihəsinin verdiyi imkanlardan geniş istifadə etməyə çağırıb.

Avropa Komissiyası dekabrın 4 - də Polşa və İsveçin Aİ-nin yeni "Şərq Tərəfdaşlığı" təşəbbüsünü qəbul edib. O, Azərbaycan, Gürcüstan, Ermənistan, Moldova və Ukrayna ilə daha sıx əməkdaşlığı nəzərdə tutur.

Çoxmillətli forum şəklində olacaq "Şərq tərəfdaşlığı"na Aİ-nin 27 dövləti, eləcə də Ukrayna, Moldova, Gürcüstan, Ermənistan və Azərbaycan daxil olacaq.

Bu təşkilat çərçivəsində vizaların ləğvi, azad ticarət zonasının tətbiqi və strateji sazişlərin bağlanmasına dair danışıqlar aparılacaq. Tələbə mübadiləsi, ətraf mühitin müdafiəsi, enerji təminatı üzrə kiçik layihələr də həyata keçiriləcək.

"Avorpa İttifaqı əmindir ki, bizim şərq tərəfdaşlarımızın uğurları hər bir tərəfin İttifaqla və onun dəyərləri ilə təmas  nöqtəsini tapmağa hazır olmasından asılıdır", - prezident İlves vurğulayıb. "Bu, demokratiyanın təntənəsi, qanunun aliliyi, insan hüquqlarına hörmət, eləcə də məhkəmə islahatları templərinin artması və inzibati imkanlar deməkdir", - o deyib.

Dünən Estoniya prezidenti Azərbaycana rəsmi səfərə gəlib. Bu gün iki ölkə prezidentləri arasında danışıqlar baş tutub, Bəyannamə imzalanıb.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti