...

BMT TŞ-nın Qəzza ilə bağlı qəbul etdiyi qətnaməyə hörmətlə yanaşmaq lazımdır - Avropa paramentinin sosialistlər qrupunun rəhbəri

Siyasət Materials 14 Yanvar 2009 03:26 (UTC +04:00)
BMT TŞ-nın Qəzza ilə bağlı qəbul etdiyi qətnaməyə hörmətlə yanaşmaq lazımdır - Avropa paramentinin sosialistlər qrupunun rəhbəri

Fransa, Strasburq, 14 yanvar/ Trend , müxbir A.Məhərrəmli/ BMT Təhlükəsizlik Şurasının Qəzza Zolağına dair qəbul etdiyi qətnaməyə hörmətlə yanaşmaq lazımdır. Bu barədə Avropa paramentinin sosialistlər qrupunun rəhbəri Martin Şulçun adından yayılan bəyanatda bildirilir.

BMT-nin qəbul etdiyi qətnamə zəruri atəşkəsə nail olmaq üçün güclü bazadır. Biz əminik ki, İsrail-Fələstin münaqişəsi hərbi yolla həll edilə bilməz. Yaxın Şərqin tarixi onu göstərir ki, hərbi yol, silah yolu səhv bir yoldur.

Heç bir ölkə raketləri hədəfinə çevrilmək istəməz, lakin İsrailin reaksiyası qeyri-proporsionaldır və qəbuledilməzdir.

Bütün münaqişə tərəfləri danışıqlar masası arxasına keçməlidirlər.

Məqalə müəllifi ilə bağlı əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti