...

İstanbulda İslam Ölkələri Konfransı Təşkilatı Parlament Birliyinin İcraiyyə Komitəsinin iclası keçirilir

Siyasət Materials 14 Yanvar 2009 13:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 yanvar / Trend , müxbir T.Əliyev/ İstanbulda İslam Ölkələri Konfransı Təşkilatı  Parlament Birliyinin İcraiyyə Komitəsinin Qəzzədə baş verən son hadisələrlə bağlı iclası keçirilir.

İclasda parlament sədrləri səviyyəsində Əlcəzair, Səudiyyə Ərəbistanı, Bəhreyn və Yəmən daxil olmaqla, on iki ölkə iştirak edir. Toplantıda Azərbaycandan parlamentin birinci vitse spikeri  Ziyafət Əsgərov və millət vəkili Gövhər Baxşəliyeva iştirak edir. Tədbirdə Azərbaycan da daxil olmaqla, beş ölkə parlament sədrinin müavinləri səviyyəsində təmsil olunub.

İclası açan Türkiyə parlamentinin spikeri Koksal Toptan Qəzzə Zolağında baş verən  hadisələrə münasibət bildirərək, vəziyyəti faciə kimi qiymətləndirib.

Toptan İsraili bölgədə qeyri-adekvat qüvvə tətbiq etməkdə günahlandırıb və hadisələrin gələcəkdə sülh üçün real təhlükə ola biləcəyini qeyd edib.

Toplantıda çıxış edən Əlcəzair parlamentinin sədri Əbduləziz Tairi Qəzzədə baş verənlərə son qoyulması üçün səylərin birləşdirilməsinin vacib olduğunu bildirib. Tairi Qəzzə probleminin siyasi problem olduğunu və Fələstində mübarizə aparan qrupların aralarında olan ixtilafa son qoyaraq məsələnin həlli üçün birləşmələrinin vacib olduğunu diqqətə çatdırıb.

Xəbər lenti

Xəbər lenti