...

İran prezidenti Səudiyyə Ərəbistanı kralından Qəzzə məsələsi ilə bağlı mövqeyini bildirməyi tələb edib

Siyasət Materials 15 Yanvar 2009 13:14 (UTC +04:00)
İran prezidenti Səudiyyə Ərəbistanı kralından Qəzzə məsələsi ilə bağlı mövqeyini bildirməyi tələb edib

Iran, Tehran, 15 yanvar / Trend , müxbir A.Namdari/ İran prezidenti Səudiyyə Ərəbistanə kralına məktub göndərərək, ondan Qəzzədə İslam ümmətinin qətliamına və açıq şəkildə törədilən cinayətlərə qarşı sükut etməyərək, açıq şəkildə mövqe bildirməyini istəyib.

"Ümid edirəm sizin bu məsələ ilə bağlı mövqeyiniz İslam ümməti arasında nifaq salmaq istəyən qüdrətlərin ümidlərini puç edəcək və Allahın köməyi və Qəzzənin dindar və imanlı əhalisinin müqaviməti nəticəsində sionist rejimi zəlillik və məhv olmaqdan başqa heç bir nəticə əldə edə bilməyəcək", - deyə İran prezidenti Mahmud Əhmədinejadın Səudiyyə Ərəbistanı kralı Məlik Abdullaha ünvanladığı məktubunda deyilir.

Əhmədinejadın sözlərinə görə,bu rejimin gələcəyinin olmadığı hamıya məlumdur və onlar regionda qalmaq və yaşamaq üçün ümidsiz olduqlarından bu cinayətləri törədirlər.

Əhmədinejad Qərb ölkələrini İsraili dəstəkləməkdə ittiham edərək, bəzi ərəb ölkələrinin Qəzzə məsələsinə münasibət bildirməyib sükut etməsini də tənqid edib. "Regionun bəzi islam və ərəb ölkələri hansısa səbəbdən öz sükutları və razılıq təbəssümləri ilə Qəzzədəki soyqırımı dəstəkləyir və müdafiəsiz qəhrəman xalqın işğalçılara təslim olmasını gözləyirlər", - deyə Əhmədinejad məktubda qeyd edib və İsrailin regionda gələcəyinin olmamasını bir daha vurğulayıb.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan [email protected] 

Xəbər lenti

Xəbər lenti