...

ATƏT-in Gürcüstandakı missiyasının fəaliyyətinin davam etməsi üçün konsensus lazımdır – hazırkı sədr

Siyasət Materials 15 Yanvar 2009 15:21 (UTC +04:00)

Avstriya, Vyana, 15 yanvar/ Trend , müxbir A.Ələsgərov/ ATƏT-in hazırkı sədri Dora Bakoyannis cümə axşamı Vyanada keçirilən təntənəli görüşdə təşkilatın Gürcüstanda işinin davam etdirilməsi üzrə konsensus tapmağın zəruri olduğunu bəyan edib.

"Aydındır ki, bütün regionda vəziyyət ATƏT-in az deyil, çox iştirakını tələb edir", - Yunanıstanın xarici işlər naziri Bakoyannis bildirib.

Onun rəyinə görə, gələcəkdə ATƏT-in Gürcüstanda iştirakı xüsusi diqqət tələb edir.

"ATƏT-in köhnə yaradıcı və çevik həllər ənənəsi var, - o deyib. - Lakin bu həllər yalnız bütün tərəflərin könüllü iradəsi və siyasi əzmi olarsa, işləyə bilər".

Bakoyannis hesab edir ki, Gürcüstandakı münaqişə eyni zamanda "həm çağırış, həm də imkandır".

Avqustun 8-nə keçən gecə tanınmamış Cənubi Osetiya Respublikasında irimiqyaslı hərbi əməliyyatlar başlayıb. Gürcü qoşunları Tsxinvaliyə daxil olub. Sonradan rus qoşunları Tsxinvaliyə daxil olub və gürcü hərbçilərini Gürcüstan ərazisinə sıxışdırıblar. Rusiya avqustun 26-da Abxaziya və Cənubi Osetiyanı müstəqil dövlət kimi tanıyıb, sentyabrın 9-da isə onlarla diplomatik münasibətlər qurub.

Gtot krizis napomnil o tom, çto rabota ne zakonçena, sçitaet Bakoənnis. "No takje krizis daet vozmojnostğ po-novomu vzqlənutğ na sozdannıe mexanizmı, çtobı vnovğ posvətitğ sebə polnoy realizaüii soqlasovannıx obəzatelğstv, a takje, rassmotretğ novıe puti sozdaniə nedelimoy bezopasnosti", - skazala Bakoənis.

"Bu böhran işin başa çatmadığını xatırladıb", - Bakoyannis hesab edir. "Lakin böhran, razılaşdırılmış öhdəliklərin tam realizəsinə yenidən başlamaq, həmçinin ayrılmaz təhlükəsizliyin yaradılmasının yeni yollarını nəzərdən keçirmək üçün yaradılmış mexanizmlərə yeni aspektdən baxmaq imkanı verir", - Bakoyannis deyib.

ATƏT-in missiyası yanvarın 3-də mandatının başa çatması ilə əlaqədar Gürcüstanı tərk edir. Fevralın 19-na kimi ölkədə təşkilatın Karaleti kəndində yerləşmiş yalnız 20 müşahidəçisi qalacaq.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti