...

Gürcüstanın xarici işlər naziri Münhen konfransında iştirak edəcək

Siyasət Materials 16 Yanvar 2009 14:23 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 16 yanvar / Trend , müxbir N.Kirtsxaliya/ Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze və Almaniyanın Gürcüstandaki səfiri Patrisiya Flor işğal olunmuş ərazilərdəki vəziyyəti müzakirə ediblər. Bu haqda Trend -a ölkənin Xarici İşlər Nazirliyində bildiriblər.

Göruşdə tərəflər həmçinin Gürcüstanda fəaliyyət göstərən beynəlxalq təşkilatların gələcəyini, Aİ missiyasının gücləndirilməsinin vacibliyini və ikitərəfli münasibətlərin aktual məsələlərini müzakirə ediblər. Qeyd olunub ki, Almaniyada hər ilin əvvəlində keçirilən və təhlükəsizlik məsələlərinə həsr olunan Münhen konfransında Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze də iştirak edəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti