...

Türkmənistan prezidenti prezident mehmanxanası və okeanariumun layihələrini nəzərdən keçirib

Siyasət Materials 17 Yanvar 2009 12:32 (UTC +04:00)

Türkmənistan, Aşqabad, 17 yanvar/ Trend , E.Həsənov/ Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov Fransanın iri tikinti konsernlərinin rəhbərləri -  "BOUYGUE"nin regional direktoru Şarlem Santera və "VINCI"nin vitse-prezidenti Jan Mari Volf ilə görüşüb.  Görüş zamanı prezident mehmanxanası və okeanariumun layihələri müzakirə olunub. Bu barədə rəsmi türkmən mənbələri məlumat verib.

"BOUYGUE" 2009-cu ilin sonunadək Aşqabadın mərkəzində dəyəri 270 mln. avro olan beşulduzlu mehmanxana istifadəyə verməyi planlaşdırır. Bu, Mərkəzi Asiyada bu qəbildən olan yeganə bina olacaq. Vertolyot meydançasına malik olacaq on altı mərtəbəli kompleks, sahəsi 50-dən 300 kvadrat metrədək olan 303 üç kateqoriyalı nömrə üçün nəzərdə tutulub. Burada ən yüksək ranqlı qonaqları qəbul etməyə imkan verəcək 12 prezident appartamenti də yerləşəcək.  Mehmanxana beynəlxalq forumların keçirilməsi üçün nəzərdə tutulub.

Berdiməhəmmədov layihə müəllifinə bir neçə iradını bildirib. O qeyd edib ki, yeni binanın görünüşü və daxili dizaynı "qabaqcıl arxitektura və mühəndis fikrinin, orjinal müasir dizayn və qədim milli memarlıq ənənələrinin" sintezindən ibarət olmalıdır.  

"VINCI"in vitse-prezidenti ilə görüşən Berdiməhəmmədov okeanarium, "Ruhnama" və Siyasi universitetlərin binaları, həmçinin paytaxt meriyası və "Xalqbank"ın binalarının layihələri ilə tanış olub.

"Okeanariumun orjinal layihəsində türkmən xalqının qədim mədəniyyətini əks etdirən milli  dekorasiya elementlərindən geniş istifadə olunmalıdır", - deyə rəhbər bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı -  [email protected]

Xəbər lenti

Xəbər lenti