...

Qaraçay diasporunun başçısı Bişkekdə qətlə yetirilib

Siyasət Materials 19 Yanvar 2009 12:08 (UTC +04:00)

Qırğızıstan, Bişkek, 19 yanvar / Trend , müxbir R. Məşədihəsənli / Yanvarın 17-dən 18-nə keçən gecə Ümumdünya Qaraçaylarının Qırgızıstandakı lideri Ismayıl Koçkorov Bişkek həbsxanasında qətlə yetirilib. Bu barədə bazar ertəsi səhər Koçkorovun ailəsindən Trend -a bildiriblər.

2 ilə yaxın muddət idi ki, Kaçkorov təkkameralı həbsxanada saxlanılırdı. Onun ümumi rejimli islah əmək koloniyasına köcürülməsindən bir müddət sonra orada cəzalarını cəkən məhkumlar arasında baş verən mübahisə zəminində öldürüldüyü ehtimal edilir. Koçkorovun öldürülməsi ilə bağlı hələlik hüquq orqanları heç bir rəsmi açıqlama yaymayıb.

Koçkorov 2 il əvvəl Qırgızıstanda avtoritet kimi tanınan Risbekin öldürülməsindən sonra onun təşkilatına başçılıq edirdi. Onun həbsini isə korrupsiya ilə əlaqələndirərək həyata keçirmişdilər. Şəhər məhkəməsinin qərarı ilə Koçkorov 9 il muddətinə azadlıqdan məhrum edilmişdi.

Xəbər lenti

Xəbər lenti