...

Astanada Qazaxıstan və Azərbaycanın əməkdaşlıq imkanlarını müzakirə ediblər

Siyasət Materials 19 Yanvar 2009 18:34 (UTC +04:00)

Qazaxıstan, Astana, 19 yanvar/ Trend , müxbir K.Konırova/ Bu gün Astanada Azərbaycanın Qazaxıstandakı Fövqəladə və Səlahiyyətli Səfiri Lətif Qəndilovun "Turan-Astana" Universitetinin rektoru Manən Ömərovla görüşü olub.

Görüş zamanı tərəflər iki ölkənin ali təhsil məktəblərinin əməkdaşlıq imkanlarını müzakirə ediblər. Qazaxıstan universitetinin rektoru Azərbaycanın ali təhsil məktəblərindən biri ilə, daha dəqiq - neft - qaz sektoru üçün kadrların hazırlanmasında ixtisaslaşmış ali məktəbi ilə əlaqələrin qurulmasına yardım göstərmək təklifi ilə müraciət edib.

"Biz qardaş respublikadan olan müəllimləri Astanaya, o cümlədən bizim Aktau və Atıraudakı filiallarımıza dəvət etmək istərdik. Eləcə də, xalqlarımız arasında dostluğun möhkəmlənməsinə yardım etmək üçün , tələbə mübadiləsini təşkil etmək arzusundayıq. Bundan başqa, biz universitetlərimizdə Azərbaycan dilinin öyrənilməsi üzrə kurslar təşkil edə bilərik", - Ömərov deyib.

Qəndilov bu fikri dəstəkləyib və xüsusilə də "Odlar Yurdu" universiteti ilə əlaqələrin təşkilinə hər bir yardımı göstərməyi vəd edib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti