...

BMT - nin Beynəlxalq Məhkəməsi Ukrayna və Rumıniya arasında Qara dəniz şelfinin ayrılması haqqında qərarı açıqlayacaq

Siyasət Materials 19 Yanvar 2009 18:43 (UTC +04:00)

Ukrayna, Kiyev, 19 yanvar/ Trend , müxbir Z.Novsvitski/ Fevralın 3 - də Haaqada Birləşmiş Millətlər Təşkilatı Beynəlxalq Məhkəməsinin Qara dənizdə Rumıniya və Ukraynanın kontinental şelfi və müstəsna iqtisadi zonalarının delimitasiyasına dair qərarı açıqlanacaq.

Bu barədə Ukrayna Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vasili Kiriliç brifinqdə məlumat verib.

Qara dənizdə Ukrayna və Rumıniyanın kontintental şelfi və müstəsna iqtisadi zonalarının delimitasiyası haqqında iş, Buxarestin təşəbbüsü ilə 2004 - cü ildən məhkəmədədir. 2006 - cı il mayın 16 - da Ukrayna BMT-nin Beynəlxalq Məhkəməsinə əks - memorandum təqdim edib.

Rumıniya tərəfi, Zmeyinıy adasının ada yox, qaya olduğunu hesab etdiyi üçün, məhkəməyə müraciət edib. Bununla yanaşı, Ukrayna tərəfi sübut edir ki, Zmeyinıy adası, hər halda, adadır və mübahisəli ərazilərin qarşısındakı Ukraynanın sahil xəttinin uzunluğu 1058, Rumıniya - 258 kilometr təşkil edir. Müvafiq olaraq, Ukraynanın rəyinə görə, şelfin mübahisəli ərazilərini 1: 3 nisbətində bölmək lazımdır, yəni 53,3 min kv.km Ukraynaya, 21,9 min kv.km Rumıniyaya.

Zmeyinıy adası (sahəsi 20,5 ha) Qara dənizdə, Odessa regionundan 30 km məsafədə yerləşib. Paris müqaviləsinə əsasən - Bessarabiya Sovet İttifaqına verildikdən sonra Ukraynanın tərkibinə daxil olub. SSRİ dağıldıqdan sonra ada Ukrayna və Rumıniya arasında ərazi mübahisələrinin mövzusu olub. 1997- ci ildə Kiyev və Buxarest 1961 - ci ildən mövcud olan sərhədlərin pozulmazlığını təsdiqləyən baza müqaviləsi bağlayıblar. Lakin bu məsələ ilə bağlı fikir ayrılıqları indi də yaranır.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti