...

Azərbaycan prezidenti Avropa İttifaqının sammitində iştirak edəcək

Siyasət Materials 21 Yanvar 2009 12:39 (UTC +04:00)
Azərbaycan prezidenti Avropa İttifaqının sammitində iştirak edəcək

Azərbaycan, Bakı, 21 yanvar/ Trend , müxbir E.Rüstəmov/ Azərbaycan prezidenti İlham Əliyev Avropa İttifaqının mayın 7-də Praqada keçirilməsi nəzərdə tutulan sammitində iştirak edəcək. Bu barədə çərşənbə günü jurnalistlərə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib.

Avropa İttifaqının sammitində Avropada enerjinin vəziyyəti ilə bağlı məsələlərin, həmçinin "Şərq tərəfdaşlığı" layihəsinin müzakirə edilməsi planlaşdırılır.

Avropa Komissiyası dekabrın 4-də Polşa və İsveçin Aİ-nin Azərbaycan, Gürcüstan, Ermənistan, Moldova və Ukrayna ilə daha sıx əməkdaşlığı nəzərdə tutan "Şərq tərəfdaşlığı" təşəbbüsünü dəstəkləyən qərar qəbul edib.

Çoxmillətli forum formasında olacaq "Şərq tərəfdaşlığı"na Aİ-nin 27 dövləti, həmçinin Ukrayna, Moldova, Gürcüstan, Azərbaycan və Ermənistan daxil olacaq.

Bu təşkilat çərçivəsində vizaların ləğvi, azad ticarət zonasının tətbiq edilməsi və strateji sazişlərin bağlanması ilə bağlı danışıqlar aparılacaq. Tələbə mübadiləsi, ətraf mühitin mühafizəsi və enerji təminatı üzrə kiçik layihələr də həyata keçiriləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti