...

Gürcüstan ilə ABŞ arasında səmərəli münasibətlər davam edəcək - səfir

Siyasət Materials 22 Yanvar 2009 10:49 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 22 yanvar/ Trend , müxbir N.Kirtsxaliya/ Yeni prezident Barak Obamanın gəlişi ilə ABŞ-ın xarici siyasətində heçnə dəyişməyəcək. Bu barədə jurnalistlərə ABŞ-ın Gürcüstandakı səfiri Con Tefft bildirib.

Onun sözlərinə görə, Gürcüstan ilə ABŞ arasında səmərəli münasibətlər davam edəcək.

"Biz Xartiyaya (Gürcüstan ilə ABŞ arasında strateji tərəfdaşlıq haqqında) daxil olan şərtlərin yerinə yetrilməsi üçün onun üzərində işləməliyik. Bu, bizim ikitərəfli münasibətlərimizin əhəmiyyətli hissəsidir", - deyə Tefft vurğulayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı -  [email protected]

Xəbər lenti

Xəbər lenti