...

Azərbaycanın şimal-qərbində itkin düşən 7 uşaq atasının meyidi tapılıb

Siyasət Materials 23 Yanvar 2009 12:13 (UTC +04:00)

Azərbaycan, Şəki, 23 yanvar / Trend , mьxbir X.Əkbərova/Azərbaycanın şimal-qərbində yerləşən Qaxda (paytaxt Bakıdan 352 km məsafədə) itkin düşən 7 uşaq atasının meyidi cümə günü tapılıb.

Qax rayon polis şöbəsinin rəis müavini Məhəmməd Malıyevin Trend -a verdiyi məlumata gцrə, yanvarın 15-də itkin dьşmüş 72 yaşlı Nuriyev Xizri Hacıəhməd oğlunun cəsədi polis şöbəsinin və mərhumun qohumlarının apardığı axtarışlar nəticəsində rayonun Cəlair kəndindən keçən hissəsində, Qarabulaq ərazisindəki Əyriзay зayından tapılıb.

Malıyev bildirib ki, cəsəd üzərində heç bir zorakılıq əlamətləri aşkar olunmayıb.

Nuriyev yanvarın 15-də qonşu Şəki rayonuna getmək adı ilə evdən çıxıb və geri qayıtmayıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalə mьəllifi ilə əlaqə ьnvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti