...

Aİ regiona rəqabət deyil, əməkdaşlıq gətirir – Ermənistanın xarici işlər nazirinin müavini

Siyasət Materials 23 Yanvar 2009 18:59 (UTC +04:00)

Avropa İttifaqı (Aİ) Qafqaz regionunda gərgin münaqişələri yumşaltmaq iqtidarındadır və onun fəaliyyəti münaqişələrin nizamlanma mərhələsinə yardım göstərir. Bu barədə Ermənistanın xarici işlər nazirinin müavini Arman Kirakosyan hesab edir.

"Aydındır ki, Aİ regiona rəqabət deyil, əməkdaşlıq gətirir", - deyə Kirakosyan Mediamaks agentliyinə müsahibəsində bildirib.

Aİ-nin Qafqaz ölkələri ilə əməkdaşlığı ənənəvi olaraq, Avropa xoşqonşuluq siyasəti (AXS) vasitəsilə həyata keçirilir, onun istiqamətlərindən biri "Şərq tərəfdaşlığı" proqramı oldu.

Kirakosyan.hesab edir ki, Avropa İttifaqının "Şərq tərəfdaşlığı" proqramı AXS-nin prinsiplərinə əsaslanır, lakin  konkret mexanizmlərin köməkliyi ilə ona "daha əməli mahiyyət" verir.

"Şərq tərəfdaşlığı"na daha çox AXS-nin bir hissəsi kimi deyil, sonuncunun  yeni və keyfiyyətli davamı kimi baxmaq lazımdır", - deyə Kirakosyan bildirib.

"Şərq tərəfdaşlığı"nın AXS-dən ən əhəmiyyətli fərqi  kimi Kirakosyan  onun köməkliyi ilə daha dəqiq əməkdaşlıq parametrlərinin qurulmasını hesab edir.

Polşa və İsveçin Aİ-nin yeni "Şərq tərəfdaşlığı" siyasəti təşəbbüsü dekabrın 4-də Avropa Komissiyası tərəfindən təsdiq edilib. O, keçmiş Sovet İttifaqının altı dövləti - Ukrayna, Azərbaycan, Gürcüstan, Ermənistan, Moldova və ola bilsin ki, Belarus (onun lazımi demokratik prinsiplərə riayət edəcəyi təqdirdə) ilə Aİ-nin daha sıx əməkdaşlığını nəzərdə tutur.

Bu təşkilat çərçivəsində vizanın ləğvi, azad ticarət zonasının tətbiqi və strateji sazişlərin bağlanması ilə bağlı danışıqlar aparılacaq. Həmçinin tələbə mübadiləsi, ətraf mühtin mühafizəsi və enerji təchizatı kimi layihələr də həyata keçiriləcək.

AXS və "Şərq tərəfdaşlığı"nın iştirakçı ölkələrə yanaşması Kirakosyanının fikrincə, iştirakçı ölkələrin Aİ-yə üzvlük perspektivinə münasibətdə eynidir. O, bildirib ki, bu təşəbbüslərdə iştirak tərəfdaş ölkələrin Aİ-yə üzvlüyünü əvvəlcədən müəyyən etmir.

Nazir müavini bildirib ki, Ermənistan artıq Avropa İttifaqı ilə "Şərq tərəfdaşlığı"nın iki əsas məsələsi - azad ticarət zonasına dair saziş və viza rejiminin sadələşdirilməsi prosesi üzrə əməkdaşlığa başlayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı-  [email protected]

Xəbər lenti

Xəbər lenti