...

Böyük Britaniyanın Kral Cəmiyyəti nadir quşları tapmaqda Türkmənistana kömək edir

Siyasət Materials 26 Yanvar 2009 13:19 (UTC +04:00)

Türkmənistan, Aşqabad, 26 yanvar / Trend , müxbir E.Həsənov/ Böyük Britaniyanın Quşların Mühafizəsi üzrə Kral Cəmiyyəti (RSPB) Türkmənistana yox olma təhlükəsiylə üzləşən quşların daha çox məskunlaşdığı yerləri müəyyən etməkdə kömək edir, - Türkmənistanın Təbiət Nazirliyindən məlumat verilir.

Aksiya Aşqabadın 2004-cü ildə qoşulduğu "Mərkəzi Asiyanın əsas ornitoloji əraziləri" regional proqramı (IBA/CA) çərçivəsində həyata keçirilir.

Üç il ərzində görülən işlərin nəticəsində böyük məlumat bazası yaradılıb. Türkmənistan ərazisinin yeddi faizini əhatə edən, ölkənin bütün ekosistemlərini özündə birləşdirən 50 IBA tapılıb və qeydiyyat aparılıb.

50 IBA-nın təxminən 80 faizi tam və ya qismən Türkmənistanda 17-sinə (böhran təhlükəsində olan 3, yoxa çıxmaq üzrə olan 2, zəif müdafiəyə malik 8 və təhlükəyə yaxın 4) rast gəlinən qlobal miqyasda həyat təhlükəsi olan növlərə həsr olunub. Türkmən IBA-larının təxminən yarısı orada məskunlaşan biomno-məhdud növlər qrupu üçün seçilib. Otuz sayda ərazi (60%) suda yaşayan və /və ya suyanı / ya quruda yaşayan və orada həddindən artıq sayda bir yerdə toplaşan quşlar üzrə ixtisaslaşdırılıb.

Bu gün üçün seçilmiş 50 IBA-dan yalnız 16-sı (32 %) tam və ya qismən təbii dövlət qoruqları və müvəqqəti qoruqları kimi Türkmənistanın Təbiət Nazirliyinin qanunverici mühafizəsi altındadır. Qalan 34-ü (68 %) isə hazırda qorunmur.

Buna görə də proqramın ikinci mərhələsi (2009 - 2010-cu illər) çərçivəsində IBA-nın qorunması və onların monitorinqi strategiyası hazırlanır. Layihənin həyata keçirilməsi ölkədə dayanıqlı nəzəriyyə bazasını yaratmaq, mühafizə olunan ərazilər üzrə milli proqramı həyata keçirmək və çöl quşları üçün adət etdikləri yaşayış ərazilərinin qorunmasına imkan verəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı:  [email protected]

Xəbər lenti

Xəbər lenti