...

Rusiya və Gürcüstan Avropa Şurası  qarşısında götürdükləri öhdəlikləri pozublar – baş katib

Siyasət Materials 27 Yanvar 2009 14:13 (UTC +04:00)

Fransa, Strasburq, 27 yanvar / Trend , müxbir A.Məhərrəmli/ Avropa Şurasının baş katibi çərşənbə axşamı bildirib ki, Rusiya və Gürcüstan qurum qarşısında götürdükləri öhdəlikləri pozublar.

"Hər iki ölkə quruma üzv olarkən münaqişələrin dinc yolla həllinə dair öhdəlik götürüb. Lakin avqust hadisələri bunun əksini göstərdi. Mən hər iki tərəfin arqumentlərini dinlədim", - Trend -un məlumatına görə, bunu çərşənbə axşamı keçirdiyi mətbuat konfrasında Avropa Şurasının baş katibi Terri Devis bildirib.

Trend -un arayışı:Tanınmamış Cənubi Osetiya respublikasında hərbi əməliyyatlar ötən ilin avqustun 8-nə keçən gecə başlayıb. Gürcü qoşunları Tsxinvaliyə daxil oldular. Sonradan Rusiya qoşunları şəhəri tutub və gürcü hərbçilərini Gürcüstan ərazisində sıxışdırdılar. Rusiya avqustun 26-da Abxaziya və Cənubi Osetiyanı müstəqil dövlətlər kimi tanıdı, sentyabrın 9-da isə onlarla diplomatik münasibətlər quruldu.

Devis deyib ki, Rusiya Cənubi Osetiyada yerləşən gürcü kəndlərindəki mülki şəxslərin müdafiəsi öhdəliyini pozub və Rusiyanın sülhməramlı qüvvələri onların müdafiəsi üçün kifayət qədər səy göstərməyib.

Rusiyanın hər iki separatçı ərazilərin - Cənubi Osetiya və Abxaziyanın  müstəqilliyinin tanınmasını geri götürməsi üçün qurumun hansı tədbirlər görəcəyi ilə bağlı sualı cavablandıran baş katib deyib ki, AŞ üzv ölkəyə hər hansı bir ölkənin müstəqilliyini tanımaq və ya tanımamağa məcbur etmək üçün heç bir şey edə bilməz.

"Avropa Şurası bu ölkələrin müstəqilliyini tanımır. Mən Gürcüstanın ərazi bütövlüyünü bir daha dəstəkləyirəm. Abxaziya və Cənubi Osetiyada son 15 ildə görünməmiş vəziyyət yaranıb.  Digər tərəfdən, Rusiya bu ərazilərin müstəqilliyinin digər ölkələr tərəfindən tanınmasına nail ola bilməyib", - Devis əlavə edib.

Xəbər lenti

Xəbər lenti