...

NATO yüklərinin Əfqanıstana çatdırılması marşrutu Azərbaycandan keçə bilər – Rusiyanın NATO - dakı nümayəndəsi

Siyasət Materials 29 Yanvar 2009 17:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 yanvar/ Trend , müxbir E.Tariverdiyeva/ NATO - nun Əfqanıstandakı qoşunları üçün yüklərin daşınması, ola bilsin, cənub marşrutu üzrə Azərbaycan vasitəsilə həyata keçiriləcək, - Rusiyanın NATO - dakı daimi nümayəndəsi Dmitri Roqozin hesab edir.

"NATO rəhbərliyi cənub marşrutu məsələsini nəzərdən keçirir. Burada Ukrayna, Qara dəniz, Gürcüstan, Azərbaycan, Xəzər dənizi və Türkmənistan vasitəsilə Əfqanıstana mümkün tranzit barədə söhbət gedir", - Roqozin Brüsseldən telefonla   Trend - a bildirib.

Hazırda Kabil və Əfqanıstanın cənubuna yüklər Pakistan vasitəsilə çatdırılır.

Roqozinin sözlərinə görə, yüklərin Pakistan vasitəsilə çatdırılması marşrutları etibarlı deyil. Belə ki, konvoylara edilən hücumlara görə, təyinat məntəqəsinə yüklərin  yalnız yarısı çatır. NATO - da marşrutların diversifikasiyasının zəruriliyini yaxşı başa düşürlər, - o hesab edir.

NATO - ya alternativ marşrutlar - cənub və Rusiya ərazisindən keçən şimal marşrutları lazımdır, - o deyib. NATO rəhbərliyi şimal marşrutunda iştirak edən digər ölkələrlə razılığa gələ bilsə, bu marşrut yaxın bir neçə ayda işləyə bilər, - Roqozin hesab edir.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və NATO Baş katibi Yaap de Hoop Sxeffer 2008 - ci ilin aprelində görüşləri zamanı məktub mübadiləsi aparıblar. Roqozinin sözlərinə görə, mətkublar NATO və Rusiya arasında Əfqanıstandakı beynəlxalq qüvvələr üçün mülki təyinatlı yüklərin yerüstü dəmir yolu tranzitinin mümkünlüyü razılaşmasını nəzərdə tutub.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected] 

Xəbər lenti

Xəbər lenti