...

Obama Türkmənistan prezidentinə dünya təhlükəsizliyini birlikdə möhkəmləndirməyi təklif edib

Siyasət Materials 2 Fevral 2009 14:32 (UTC +04:00)

Türkmənistan, Aşqabad, 02 fevral / Trend , müxbir E.Həsənov/ ABŞ prezidenti Barak Obama Türkmənistan prezidenti Qurbanqulı Berdimuhammedova özünün ilk məktubunda dünya təhlükəsizliyinin möhkəmləndirilməsi istiqamətində birlikdə çalışmağı təklif edib.

"Mən əminəm ki, biz qarşıdakı dörd ildə, sülh və dostluq ruhu çərçivəsində bütün dünyadakı təhlükəsizliyi möhkəmlətmək uğrunda birlikdə çalışa bilərik. Mən Sizinlə həm bu, həm də ölkələrimiz arasında kontsruktiv münasibətlərin inkişafı istiqamətində işləməyə ümid edirəm", - məktubda deyilir.

Pozitiv neytrallıq statusuna malik olan Türkmənistan Əfqanıstan və İranla həmsərhəddir.

Obama prezident seçilməsi ilə bağlı lütfkar təbrik məktubuna görə də Türkmənistan başçısına minnətdarlığını bildirib.

ABŞ Xəzər dənizinin enerji resurslarının, əsasən də Azərbaycan və Türkmənistan təbii qazının rus kommunikasiyalarından yan keçərək Avropaya tədarükü üçün hesablanan "Nabukko" layihəsi üzrə lobbiçilik fəaliyyəti ilə məşğuldur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti