...

Rusiyanın "əsas vəzifəsi" Gürcüstan ərazisində "boz zonalar" yaratmaqdır – XİN

Siyasət Materials 3 Fevral 2009 14:04 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 03 fevral/ Trend , müxbir N.Kirtsxaliya/ Rusiya Federasiyasının "əsas vəzifəsi" Gürcüstan ərazisində "boz zonalar" yaratmaqdır. Bu barədə çərşənbə axşamı Gürcüstan parlamentinin komitə dinləmələrində Gürcüstanın yeni Nazirlər Kabinetində xarici işlər naziri postuna təqdim olunmuş Qriqol Vaşadze bildirib.

Onun sözlərinə görə, Gürcüstan Rusiya ilə ideoloji yarışa öz iradəsi ilə daxil olmayıb. "Təəssüf ki, bu rəqabətin təşəbbüsçüsü biz olmamışıq, bizi buna güclə təhrik ediblər", - deyə Vaşadze qeyd edib.

"Rusiya tərəfindən yaradılan "boz zonalar"da insan haqları pozulacaq, rüşvət çoxalacaq, insanlar oğurlanacaq", - deyə Vaşadze bildirib.

XİN rəhbəri hesab edir ki, bu Rusiyaya hazırkı şəraitdə separatçılar ilə Gürcüstanın mərkəzi hakimiyyəti arasında "arbitr qismində çıxış etmək üçün" lazımdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti