...

Paytaxt polisi avaraçılıq və dilənçiliklə məşğul olan 57 nəfəri saxlayıb

Siyasət Materials 4 Fevral 2009 14:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 fevral / Trend , müxbir K.Zarbalıyeva/ Paytaxt polisi çərşənbə axşamı avaraçılıq və dilənçiliklə məşğul olan 57 nəfəri saxlayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən çərşənbə günü verilən məlumata görə, Nizami rayon Polis İdarəsi (RPİ), Sabunçu və Nəsimi RPİ-nin əməkdaşları tərəfindən saxlanılan şəxslərdən 7-si kişi, 20-si qadın, 30-u azyaşlılar olub.

Onıar Bakı Şəhər Baş Polis İdarəsinin İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsinə göndəriliblər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]          

Xəbər lenti

Xəbər lenti