Azərbaycan, Bakı, 6 fevral/ Trend / Azərbaycanın prezidenti İlham Əliyev 6 fevral musiqi sahəsində xüsusi istedadı olan aşağıdakı şəxslərin adlarının Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı"na yazılması və onlara xüsusi aylıq təqaüdün verilməsi haqqında sərəncam imzalayıb.
Xüsusi təqaüdə layiq görülənlər: Rüstəmova Fəridə Eldar qızı (Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdi), Sevdiməliyev Ramiz Ramiz oğlu (Bakı Musiqi Akademiyası nəzdində Orta İxtisas Musiqi Məktəb-studiyasının şagirdi), Yusifli Zəhra Ceyhun qızı
(Bakı şəhər Leopold və Mstislav Rostropoviçlər adına 21 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi).