...

Xocalı soyqırımı Türkiyə parlamentində müzakirə olunacaq

Siyasət Materials 7 Fevral 2009 09:00
Xocalı soyqırımı Türkiyə parlamentində müzakirə olunacaq

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 06 fevral / Trend , müxbir B.Həsənov/ Türkiyə parlamentində Xocalı soyqırımının 17-ci ildönümü ilə bağlı müzakirələr keçiriləcək. "Xocalı soyqırımının 17-ci ildönümü ərəfəsində bu faciəni dünyanın gündəminə gətirmək və gənc nəsilə xatırlatmaq məqsədilə Türkiyə parlamentində müzakirələr keçiriləcək ", - deyə Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun həmsədri Mustafa Kabakçı cümə günü telefonla Ankaradan Trend -a bildirib. Xocalı soyqırımı 1992-ci ildə fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Xocalı şəhərində törədilib. Baş verən faciə zamanı 106-sı qadın və 83-ü uşaq olmaqla 613 nəfər öldürülüb, 1275 nəfər əsir götürülüb, 150 nəfər itkin düşüb, 487 nəfər isə əlil olub. Xocalı soyqırımının keçən il də Türkiyə parlamentində müzakirə olunduğunu bildirən Kabakçı məsələ ilə bağlı hər hansı qanun qəbul edilməsinin gözlənilmədiyini deyib. Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti