...

KTMT-nın və GUAM-ın prioritetləri müxtəlifdir - GUAM baş katibi

Siyasət Materials 7 Fevral 2009 09:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 fevral/ Trend , müxbir N.Abdullayeva/ Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının və GUAM-ın fəaliyyətində müxtəlif prioritetlər vardır, baxmayaraq ki, onları maraqları kəsişmir, GUAM baş katibi hesab edir.

KTMT hərbi-siyasi əməkdaşlığı vacib istiqamət sayr, halbuki GUAM-ın əsas istiqamətləri sivilizasiyalı əməkdaşlığın məkanını yaratmaqdır və müxtəlif, misal üçün, nəqliyyat, energetika, turizm, mədəniyyət və humanitar sahələr üzrə əməkdaşlıqda konkret layihələri reallaşdırmaqdır, cümə günü Trend a telefonla Kiyevdən təşkilatın baş katibi Valeri Çeçelaşvili deyib.

KTMT ölkələri çərşənbə günü terorizmlə və dəgər təhlükələrlə mübarizə aparmaq məqsədilə birgə qüvvələr yaratmaq barədə razılıq əldə ediblər, lakin qeyd ediblər ki, NATO hələ əməkdaşlıq çağrışına reaksiya verməyib.

KTMT-yə Rusiya, Qazaxstan, Tacikistan, Qırğızıstan, Ermənistan, Belarus və Özbəkistan daxildir.

KTMT-nin və GUAM tərkibi başqadır, diplamat deyib. "Onlar öz ölkələri ərazisində əməkdaşlığın inkişafı ilə məşquldular, biz isə Qara dəniz və Xəzər dənizi regionunda əməkdaşlığın inkişafı ilə məşquluq, bizim dörd dövlətin ərazsində", deyə o əlavə edib ki, "hansı konsepsiyanın yaxşı olmasını vaxt göstərəcək".

KTMT-ini ümumi hərbi qüvvələrinin yaradılması barədə sənədin imzalanması sualını şərh edərkən Çeçelaşvili deyib ki, mən onunla tanış deyiləm. "Mə onu oxumamışam, bu onların işidir. Bu suveren dövlətlərdir və onlar istənilən qərarı qəbul edə bilərlər", - o deyib.

Çeçelaşvili hesab edir ki, GUAM-ın deklarasiyasında öz əksini tapan əməkdaşlığın prinsipləri və tapşırıqları bu gün təşkilata üzv olan ölkələrin iradəsini düzgün əks etdirir. "Biz hesab edirik ki, iqtisadiyyat, ticarət, nəqliyyat və turizm sahələrində əməkdaşlıq elə prioritetlərdəndir ki, hansına ki biz daha çox diqqət yetirməliyik", o deyib. Lakin, dövlət başçıları hərbi-siyasi əməkdaşlığın inkişafını lazım bilsələr belə də olacaq, Çeçelaşvili deyib.

GUAM 1997-ci ildə Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovanın iştirakı ilə iqtisadi, ticari, nəqliyyat, təhlükəsizlik və digər sahələrdə əməkdaşlıq məqsədi ilə yaradılan regional təşkilatdır. 1999-cu ildə bu formata Özbəkistan da daxil olub və təşkilat GUAM adlanmağa başlayıb. Lakin yeni üzv dovlət təşkilat orqanlarının işində fəal iştirak etməyib və 2005-ci ildə onu tərk edib. 2006-cı ildə Kiyevdə ilk sammit zamanı GUAM-ın beynəlxalq təşkilat və "Demokratiya və iqtisadi inkişaf uğrunda təşkilat - GUAM" kimi elan olunması haqda qərar qəbul olunub.

Məqalə məllifi ilə əlaqə nvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti