...

Azərbaycanda referendum üzrə təşviqat qruplarının əhali ilə görüşləri üçün açıq və qapalı yerlərin siyahısı açıqlanıb

Siyasət Materials 16 Fevral 2009 11:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 fevral / Trend , müxbir A.Hüseynbala/ Azərbaycanın "Sərbəst toplaşmaq azadlığı haqqında" qanununa müvafiq olaraq referendum üzrə təşviqat qruplarının əhali ilə görüşləri üçün şəhər və rayonlarda ayrılmış açıq və qapalı yerlərin siyahısı açıqlanıb.

Referendum üzrə təşviqat qrupları Bakının Binəqədi (açıq yer - Rəsulzadə qəsəbə Mədəniyyət evinin həyəti, qapalı yer - Rəsulzadə qəsəbə Mədəniyyət evi), Nərimanov (açıq yer  - "Cıdır düzü" qarşısında meydan, qapalı yer - Bakı "Gön-Dəri" ASC-nin iclas zalı), Nəsimi (açıq yer - "Maşzavod ASC-nin həyəti, qapalı yer - "Qarabağ" kinoteatrı, "Maşzavod" ASC-nin klubu), Nizamı (açıq yer -Keşlə qəsəbəsindəki park, qapalı yer - Keşlə qəsəbə Mədəniyyət evi, Təbriz kinoteatrı), Xətai (açıq yer - Əhmədli qəsəbəsindəki meydan, qapalı yer - "Bakı" kinoteatrı, "Bakı fəhləsi" klubu), Səbail (açıq yer - 20-ci Sahə "Vətən" bağı, qapalı yer -Bibiheybət qəsəbə Mədəniyyət evi), Suraxanı (açıq yer - "Suraxanı Maşınqayırma zavodu" ASC-nin qarşısındakı meydan, qapalı yer - Əmircan qəsəbə Mədəniyyət evi, Hövsan qəsəbəMədəniyyət evi), Sabunçu (açıq yer -Bakıxanov qəsəbəsi İsmət Qayıbov adına stadion, qapalı-Məmmədyarov adına kinoteatr, Ramana qəsəbə Mədəniyyət evi), Yasamal (açıq yer - Veteranlar Parkı, qapalı yer - Respublika Uşaq Filarmoniyasının zalı, İctimai, Səhiyyə və İslahatlar Mərkəzinin iclas zalı), Qaradağ (açıq yer - Lökbatan qəsəbəsi "Nur" kafesinin qarşısında meydan, qapalı yer - Səngəçal qəsəbə klubu, Korgöz qəsəbə mədəniyyət evi) və Əzizbəyov (açıq yer - Əzizbəyov adına Mədəniyyət evinin qarşısında meydan, qapalı yer - "Nizami" adına Mədəniyyət evi) rayonlarında ölkə əhalisi ilə görüşə biləcəklər.

Qanuna müvafiq olaraq, Azərbaycanın bütün şəhər və rayonlarında da təşviqat qruplarının görüşləri üçün müvafiq yerlər müəyyənləşdirilib.

Bundan başqa, işğal altında olan rayonların seçiciləri müvəqqəti məskunlaşdıqları şəhər və rayonlarda müəyyən edilmiş açıq və qapalı yerlərdən istifadə edə biləcəklər. 

Trend -un arayışı: Təşviqat qrupları fevralın 18-dən etibarən təbliğat kampaniyasına start verəcəklər. Referendumla bağlı qəbul olunmuş təqvim planına əsasən, təbliğat kampaniyası martın 16-da saat 24:00-da başa çatdırılmalıdır.

Martın 18-də Azərbaycanda ölkə Konstitusiyasına əlavə və dəyişikliklərin edilməsi üzrə referendum keçiriləcək.

Referendum üzrə "Yeni Azərbaycan", "Şəhər", "Tərəqqi", "Hüquq və demokratiya", "Vətəndaş Cəmiyyəti", "Davamlı İnkişaf Naminə", "Zəka", "Qarabağ və Respublika Uğrunda Hərəkat" və "Respublikaçılar" təşəbbüs qrupları MSK-da təşviqat qrupları kimi qeydiyyata alınıblar. "Abad kənd", "Azad söz", "Azərbaycan Xalq Cümhuriyyəti" və "Milli İstiqlal" təşəbbüs qrupları  qeydiyyatdan keçməyib.

Azərbaycan Konstitusiyası 1995-ci ildə qəbul olunub, 2002-ci ildə Əsas Qanuna dəyişikliklər edilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti