...

İranda inflyasiya və iqtisadi problemlər gündən-günə artmaqdadır – İranın eks prezidenti

Siyasət Materials 16 Fevral 2009 16:20 (UTC +04:00)
İranda inflyasiya və iqtisadi problemlər gündən-günə artmaqdadır – İranın eks prezidenti

Cari ildə İran inflyasiya və çoxlu iqtisadi problemlərlə üzləşəcək, bu problemləri bir dəfəyə həll etmək mümkün deyil, - İranın eks prezidenti Məhəmməd Xatəmi bildirib.

Xatəmi Ərdəbil şəhərində xalqla görüşündə əlavə edib ki, növbəti prezident seçkilərində namizədliyini irəli sürmüş şəxslər bilməlidir ki, bu problemləri aradan qaldırmaq üçün hakimiyyətə gəlməlidirlər. Bu haqda İranın Mehr agentliyi fevralın 16-da məlumat yayıb.

İranın növbəti prezident seçkilərinə namizəd Məhəmməd Xatəmi Ərdəbil şəhərinin əhalisi ilə görüşündə bildirib ki, ölkəni bundan da yaxşı idarə etmək olar.

Xatəminin sözlərinə görə, İranın ən mühüm problemlərindən olan iqtisadi vəziyyətin yaxşılaşdırılması gündəmdə olmalıdır. "İranın 20 illik inkişaf prespektivliyi sənədi təsdiqlənib. İranın mənəvi, maddi vəziyyəti, mövqeyi, siyasi və coğrafi strategiyası çox əlverişlidir. Biz imkanlardan düzgün və düşünülmüş şəkildə istifadə etməliyik", - deyə Xatəmi bildirib.

O əlavə edib ki, ölkə hər kəsə aiddir. Ölkədə yaşayan bütün dini və milli azlıqlar bərabər hüquq və hörmətə sahib olmalıdır. Bu məsələ bizim konstitusiyamızda da göstərilib. "Şiə, sünni , məsihi və hər hansı dini azlığın nümayəndəsi əgər İran İnqilabını və konstitusiyasını qəbul edib ölkədə yaşayırsa, biz onu qorumalıyıq", - deyə Xatəmi bildirib.

Xatəminin sözlərinə görə, bütün partiya, düşərgə və digər baxışları kənara qoyaraq İnqilabi dəyərlər və İranın inkişafı barədə düşünməli, problemləri həll etməyə çalışmalıyıq.

Xatəmi bildirib ki, problemlər olsa da onları düzəltmək imkanı da mövcuddur. "İnanıram ki, ölkəni bundan da yaxşı idarə etmək olar. Ölkənin idarəsi ilə bərabər xalqa da qarşıda çətinliklərin olacağı haqda məlumat vermək lazımdır. Biz xalqın köməyi ilə nailiyyətlər əldə edə bilərik", - deyə Xatəmi bildirib.

"Gələcək prezident seçkilərində iştirak etmək istəyən hər bir şəxs fədakarlıq etməlidir. Mənim fəda etməyə ləyaqətim və təcrübəmdən başqa heç nəyim yoxdur. Mən hər ikisini İran xalqına fəda edirəm", - deyə Xatəmi bildirib.

Xəbər lenti

Xəbər lenti