...

Gürcüstanın xarici işlər naziri Polşaya səfər edir

Siyasət Materials 16 Fevral 2009 17:19 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 16 fevral / Trend , müxbir N.Kirtsxaliya/ Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze bu gün axşam Polşaya rəsmi səfər edəcək. Bu barədə bazar ertəsi keçirilən brifinqdə onun müavini David Calaqaniya məlumat verib.

Onun sözlərinə görə, Varşavaya səfər zamanı Polşa dövlətinin ali rəhbərləri ilə görüşlərin keçirilməsi nəzərdə tutulub.

Polşa Gürcüstanın strateji tərəfdaşıdır və NATO və Aİ-yə inteqrasiya yolunda ona yardım göstərir.

Calaqaniya bildirib ki, Polşa liderləri ilə görüşlər zamanı həm ikitərəfli əməkdaşlıq, həm də Avropa strukturlarında Gürcüstana dəstək məsələləri müzakirə olunacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti