...

Azərbaycan və Yunanıstan arasında dörd saziş imzalanıb

Siyasət Materials 16 Fevral 2009 22:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 fevral/ Trend , müxbir E.Ostapenko/ Azərbaycan və Yunanıstan prezidentləri - İlham Əliyev və Karlos Papulyas arasında keçirilən danışıqlar dörd sazişin imzalanması ilə başa çatdı: ikiqat vergitutmanın aradan qaldırılması haqqında, hava əlaqələri haqqında saziş, informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında saziş, bərpa olunan enerji ehtiyatları və enerji səmərəliliyi sahəsində anlaşma memorandumu, bu barədə Afinanın rəsmi informasiya agentliyi məlumat verir.

Azərbaycan prezidentinin İlham Əliyevin Afinaya rəsmi səfəri fevralın 16-dan başlayıb.

İlham Əliyev bu səfərin vacibliyini və onun ikitərəfli əlaqələrin yaxşılaşmasına gətirib çıxaracağını bildirib.

Papulyas öz çıxışında dedi ki, ölkələr energetika, sərmayyə, ticarət, mədəniyyət və təhsil məsələlərinə böyük önəm verirlər.

O həmçinin bildirdi ki, Əliyev ilə danışıqlar Azərbaycan Avropa İttifaqı münasibətlərinə yönəldilmişdir.

Azərbaycan prezidenti bildirdi ki, iş adamlarının çərşənbə axşamı günü görüşü biznesin inkişafına bir çox imkanlar yaradacaq.

Yunanıstanın Azərbaycanla hal hazırda inkişaf etdirdiyi əlaqələr bu istiqamətdə köməklik edəcəklər, prezident dedi.

Məqalə müəllifi ilə əlaqə ünvanı:

[email protected]
Xəbər lenti

Xəbər lenti