...

Gürcüstanın işğal olunmuş əraziləri Rusiya hərbi bazalarının qanunsuz tikinti yerinə çevrilib - parlamentin spikeri

Siyasət Materials 20 Fevral 2009 18:17 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 20 fevral / Trend , müxbir N.Kirtsxaliya/ Gürcüstanın parlamentinin spikeri David Bakradze Estoniyaya səfəri çərçivəsində bu ölkənin prezidenti Tomas Hendrik İlveslə görüşüb. 

Görüş çərçivəsində Gürcüstanın rəsmisi Estoniyaya Gürcüstan-Rusiya münaqişəsi zamanı dəstəyi üçün bir daha minnətdarlığını bildirib.

Estoniya prezidenti görüş zamanı Gürcüstanın ərazi bütövlüyünü dəstəklədiyini və Bakradzedən keçmiş müharibə ərazisi olan Gürcüstan haqqında təfsilatlı məlumat aldığını bildirib.

Spikerin sözlərinə görə, işğal olunmuş ərazilər demək olar ki, rus silahlı qoşunlarının dislokasiya yerinə çevrilib. 

"İşğal olunmuş ərazilər Rusiya hərbi bazalarının qanunsuz tikinti yerinə çevrilib", - Bakradze qeyd edib. Görüşdə həmçinin təhlükəsizlik məsələləri müzakirə edilib və beynəlxalq müşahidə missiyalarının Gürcüstanda saxlanılmasının vacibliyi qeyd olunub.

Məqalə müəllifinin əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti