...

GUAM-ın XİN rəhbərləri əməkdaşlıq perspektivlərini müzakirə etməyi planlaşdırırlar

Siyasət Materials 23 Fevral 2009 17:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 fevral / Trend , müxbir N. Abdullayeva / GUAM-a üzv ölkələr - Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovanın xarici işlər nazirləri Kiyevdə təşkilat çərçivəsində əməkdaşlığın perspetivlərini müzakirə etməyi planlaşdırırlar.

Azərbaycanın Ukraynadakı səfirliyindən bazar ertəsi Trend -a bildiriblər ki, GUAM-ın XİN rəhbərlərinin iclası "Demokratiya və iqtisadi inkişaf naminə təşkilat - GUAM" Katibliyinin Kiyevdə fevralın 26-na nəzərdə tutulan yeni ofisinin açılışına həsr olunub.

Diplomatik nümayəndəlikdən bildiriblər ki, iclasda Azərbaycanı xarici işlər naziri Elmar Məmmədyarov təmsil edəcək.

"İnterfaks-Ukraina"nın verdiyi xəbərə görə, Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat katibi Vasili Kiriliç bazar ertəsi jurnalistlərə bildirib ki, iclas zamanı maliyyə böhranı ilə əlaqədar olaraq GUAM-a üzv ölkələrin səylərinin əlaqələndirilməsi barədə məsələ müzakirə olunacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı:  [email protected]

Xəbər lenti

Xəbər lenti