...

Azərbaycanlı tələbələr Xocalı faciəsi qurbanlarının xatirəsi ilə əlaqədar Haaqada matəm yürüşü edib

Siyasət Materials 23 Fevral 2009 18:10 (UTC +04:00)

Niderland, Haaqa, 23 fevral / Trend , müxbir Ə.Ələskərov / Niderlandın administrativ paytaxtı - Haaqa şəhərində fevralın 22-də azərbaycanlı tələbələr Xocalı faciəsinin qurbanlarının xatirəsinə həsr olunan matəm yürüşü edib.

1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri tərəfindən yeddi min əhalisi olan Xocalı şəhərində soyqırım aktı həyata keçirilib. Əhalinin xeyli hissəsi 4 aydan artıq zaman ərzində mühasirədə olduğundan Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı burada yalnız üç minə yaxın insan qalmışdı.

Xocalı soyqırımı zamanı 613 nəfər ödürülüb, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürülüb. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirib. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürülüb, onlardan 150 nəfərin taleyi indi də məlum deyil.

Tələbələr Haaqaya ölkənin bütün yerlərindən axışaraq holland ictimaiyyətin diqqətini cəlb etmək qərarına gəliblər. Onlar insanları Beynəlxalq Tribunalın yerləşdiyi Sülh Sarayının qarşısındakı etiraz mitinqindən başlayan matəm yürüşünə qoşulmağa çağırıb. Bunun üçün onlar Avropada geniş yayılmış etiraz formasından istifadə ediblər -  üzərində Xocalı faciəsinə həsr olunmuş www.justiceforkhojaly.com veb-səhifənin ünvanı yazılan köynəklər geyiniblər.

Tələbələrin yürüşü şamlar, şüarlar və al qərənfillərlə Haaqanın küçələrində davam etdirilib. Bundan sonra mitinqçilər Haaqada 2008-ci ildə Xocalı faicəsinə həsr olunaraq ucaldılmış memoriala gedərək, qurbanların xatirəsiniə hörmət əlaməti olaraq gül əklilləri qoyublar.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti