Qırğızıstan, Bişkek, 24 fevral / Trend , müxbir R.Məşədihəsənli / Fevralın 25-də Bişkekdə yapon-qırğız biznes forumu keçiriləcək.
Forum Yaponiya və Qırğızıstan iqtisadi əlaqələrinin inkişafına yönəldilib, onun təşkilatçısı Yaponiyanın Rusiya və digər yeni müstəqil dövlətlərlə Ticarət Assosiasiyası və Qırğızıstanın İqtisadi İnkişaf və Ticarət Nazirliyidir. Bu barədə Trend -a çərşənbə axşamı Yaponiyanın Bişkekdəki səfirliyindən məlumat verilib.
Tədbir Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyi, Yaponiyanın Qırğızıstandakı səfirliyi və Qırğızıstan prezidenti yanında İnvestisiya Şurası Katibliyinin dəstəyi ilə keçiriləcək.
Forumun işində təqribən 40 nəfər Yaponiya tərəfindən, təxminən 60 nəfər Qırğızıstan tərəfindən olan hökumət və işgüzar dairələrin nümayəndələri iştirak edəcəklər.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]