...

Türkiyə və Rusiya Avropa İttifaqının proqramında iştirak etmək barədə razılıq verməyə tələsmirlər

Siyasət Materials 25 Fevral 2009 09:00 (UTC +04:00)
Türkiyə və Rusiya Avropa İttifaqının proqramında iştirak etmək barədə razılıq verməyə tələsmirlər

Azərbaycan, Bakı, 24 fevral/ Trend , müxbir E.Ostapenko/ Rusiya və Türkiyə təşəbbüsə etibarsızlıq etdiklərinə görə, Avropa İttifaqının "Şərq tərəfdaşlığı" proqramında baş tutacaq müzakirələrdə iştirak etməkdə maraqlı deyirlər.

""Şərq tərəfdaşlığı" ideyası Avropa İttifaqının birtərəfli təsirinin güclənməsini bildirir", Trend -a Siyasi araşdırmalar İnstitunun direktoru Serqey Markov deyib.

Avropa İttifaqı Şurasının bazarertəsi günü keçirilən iclasında Fransanın XİN başçısı Bernard Kuşner tərəfindən keçmiş altı sovet respbulikalarının Aİ ilə əlaqələrin möhkəmləndirilməsinə yönələn bəyanatla çıxış etmişdir. O, Rusiya və Türkiyəyə Aİ-nı "Şərq əməkdaşlığı" proqramında keçirilən bəzi görüşlərdə iştirak etmələri barədə təklif lər irəli sürmüşdür.

"Bəzi hallarda, gündəlikdə duran məsələdən asılı olaraq, Rusiya və Türkiyəyə müzakirələrdə iştirakı barədə imkanın yaradılması barədə hamı razılıq vermişdir", Kuşner Brüsseldə Aİ üzrə həmkarları ilə görüşündən sonra bildirmişdir, RİA Novosti xəbər verir.

Avropa komisiyası tərəfindən dekabrın dördündə təstiq edilmiş "Şərq tərəfdaşlığı" proqrammı təşəbbüsü Polşa və İsveçrəyə məxsusdur və keçmiş altı sovet respbulikalarının - Ukrayna, Moldova, Azərbaycan, Gürcüstan, Ermənistan və Belarus ilə Aİ əlaqələrin möhkəmləndirilməsinə yönəlib. Bu proqramın başlanmasına mayın 7-də Aİ-nın Praqada keçirilən sammitində start veriləcək.

Proqram çərçivəsində vizların ləğvi, azad ticarət zonasının tədbiqi və strateji sazişlərin imzalanması barədə danışıqlar aparılacaq. Həmçinin tələbələrin mübadiləsi, ətraf mühitin qorunması və enerjinin təmini layihələri həyata keçiriləcək.

Türkiyənin və Rusiyanın Aİ-nın layihəsinə qoşulmamaları əsaslıdır.

Rusiyanın Avropa İttifaqının təklifinə etibarsız yanaşması, Markovun sözlərinə görə, ona əsaslanır ki, "Şərq tərəfdaşlığı" proqramı - "sıfır nəticəli siyasətdir". "Bu siyasət yersiz seçimdir ya Rusiya ya da Avropa İttifaqı", Dövlət Dumasının deputatı Markov deyib.

O hesab edir ki, MDB ölkələri A İ və Rusiya ilə intensiv əməkdaşlıq imkanına malik olmalıdırlar. "Şərq tərəfdaşlığı" buna ziddir və Rusiya və bu ölkələrin xalqlarına ziyan vuraraq Rusiya ilə onların strateji əməkdaşlığına maneə törədir", Markov bildirib.

Xarici siyasət üzrə Avropalı ekspert Eberxard Rein (Eberhard Rhein) hesab edir ki, Rusiyanın "Şərq tərəfdaşlığı" proqramına qoşulmağa əsası yoxdur.

"Rusiya özü özlüyündə imperiyadır", " Trend "-a elektron poçtla Brüsseldən, Avropanın siyasi mərkəzinin aparıcı eksperti Rein deyib. "Rusiya 2003-cü ildə Avropanın qonşuluq siyasətinə qoşulmaqdan imtina etdi və onun indi qoşulmağa heç bir əsası yoxdur".

Baxmayaraq ki, Rusiya Aİ-nın qonşusudur onun Aİ ilə əlaqələri strateji tərəfdaşlıq vasitəsilə inkişaf edir.

Türkiyə Aİ-nın təklifini qəbul etməyə ehtiyat edir.

"Türkiyənin bu layihədə iştirakı onun Aİ üzvlük barədə gedən danışıqlarda bir addım dala atmış olur", Trend -a telefonla türkiyənin siyasətçisi Sinan Ulgen (Sinan Ü lgen) deyib. Aİ Türkiyənin potensialından istifadə etmək istəyir, lakin "Şərq tərəfdaşlığı" proqramı ilə kifayətlənmək istəyir.

"Bu layihə heç cür Türkiyənin Aİ-na inteqrasiyası məsələsinə təsir etməməlidir, çünki Türkiyə bu cür yanaşmaya razılıq verməz", İstanbulda xarici siyasət və iqtisadiyyat Mərkəzinin rəhbəri Ulgen deyib.

Qonşuluq siyasəti üzrə Avropalı ekspert Petr Kaçinski (Piotr Kaczyski) hesab edir ki. Türkiyənin "Şərq tərəfdaşlığı" proqramında iştirakı onun Aİ kooperasiyasını bu proqram çərçivəsində məhdudlaşmasını göstərmir.

"Qaradəniz layihəsi və Aİ-na qəbul olunmaq barədə danışıqlar mövcuddur", " Trend "-a elektron poçtla Avropa siyasəti araşdırmalar Mərkəzinin eksperti Kaçinski deyib.

Ekspertlər hesab edir ki, Kuşnerin Türkiyəni və Rusiyanı "Şərq tərəfdaşlıq" proqramına qəbud etmək barədə təklifi Aİ-nın zəifləməsini sübüt edir.

"Əgər Rusiya və Türkiyə "Şərq tərəfdaşlığı" proqramına qoşulsalar orda olan iştirakçıların imkanlarını zəiflədəcəklər", Trend -a elektron poçtla Avropanın qonşuluq siyasəti üzrə ekspert Elena Qnedina (Elena Gnedina) deyib.

"Şərq tərəfdaşlığı" Avropa nın Qonşuluq Siyasətində ayrılmışdır, çünki bir çox dövlətlər bu siyasətlə birləşdirilmişdir, Brüsseldə yerləşən Avropa siyasəti araşdırmalar Mərkəzinin eksperti Qnedina hesab edir.

AQS AB-nin bilavasit ə qonşularını, yəni Əlcəzair, Belarus, Misir, İsrail, İordaniya, Livan, Liviya, Moldova, Mərakeş, Fələstin Muxtariyyəti, Suriya, Tunis, Ermənistan, Azərbaycan, Gürcüstan və Ukraynanı birləşdirir. Avropa Qonşuluq Siyasəti Avropa İttifaqının 2004-cü ildə genişləndirilməsi kontekstində Avropa İttifaqı və onun qonşuları arasında yeni bölücü xətlərin yaranmasının qarşısını almaq və bunun əvəzində həmin prosesə maraq göstərən bütün tərəflərin sabitliyi, təhlükəsizliyi və rifahını möhkəmləndirmək məqsədilə hazırlanmışdır.

Türkiyə və Rusiyanın iştirakı yalnız Avropa nın Qonşuluq Siyasətində mümkündür, beynəlxalq əlaqələr sahəsində mütəxəsis Devid Qalbert (David Galbreath) hesab edir.

Lakin Rusiyanın və Türkiyənin bu prosesə nə cür təsir edə biləcəklərini qaranlıq hesab edir. "Bu ölkələrdən heç biri Aİ üzvü deyil və orada gedən müzakirələrə təziq edə bilməzlər", Trend -a elektron poçtla Aberdin universitetinin (Şotlandiya) beynəlxalq əlaqələr və isiyasət fakültəsinin professoru Qalbert deyib.

Məqalənin yazılmasında E.Tarverdiyeva, B.Həsənov və R.Ağayev (Moskva) iştirak ediblər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti