...

Mingəçevir şəhərində orta məktəbə bomba qoyulması barədə məlumat təsdiqini tapmayıb

Siyasət Materials 25 Fevral 2009 14:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 fevral / Trend , müxbir K.Zərbalıyeva /

Mingəçevir şəhərindəki 12 saylı orta məktəbə bomba qoyulması barədə tədris ocağına anonim zəng olub.

DİN-in mətbuat xidmətindən çərşənbə günü Trend -a verilən məlumata görə, məktəbin direktoru polisə zəng edərək naməlum şəxsin ona zəng edərək məktəbə partlayıcı maddə qoyulması barədə məlumat verdiyini bildirib.

Görülən tədbirlər nəticəsində məlumat təsdiqini tapmayıb.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində məktəbə partlayıcı maddə qoyulması barədə yalan məlumatın həmin məktəbin 10-cu sinif şagirdi tərəfindən verilməsi müəyyən edilib.

Faktla bağlı cinayət işi açılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti