Gürcüstan, Tbilisi, 26 fevral / Trend , müxbir N. Kirtsxaliya / Bu gün qətlə yetirilmiş 26 yaşlı Gürcüstan vətəndaşının cəsədi Tbilisiyə gətiriləcək. Noni Kistaurinin qohumlarının dediyinə görə, onu qarət edib və qətlə yetiriblər, bundan sonra isə onun cəsədi Afina şəhərindən kənarda tapılıb.
Kistauri anasına hədiyyə almağa gedərkən Afinada fevralın 20-də yoxa çıxıb. Onun üzərində 300 avro pul olub. Onun itməsindən sonra polis axtarışa başlayıb və artıq fevralın 21-də cavan qadının cəsədi Yunanıstan paytaxtından kənarda aşkar edilib. Onun üzərindəki pul tapılmayıb. Yunanıstan ekspertizasının məlumatına görə, qadın döyülmə nəticəsində həyatını itirib. Şəxsiyyətləri müəyyən edilməmiş cinayətkarlar qadının cəsədini atdıqları baxımsız binanı yandırmaq istəsələr də, bu baş tutmayıb. Qətlə yetirilənin ailəsi cinayətin qərəzsiz istintaqını və cinayətkarların tapılmasını tələb edir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]