Azərbaycan, Bakı, 27 fevral / Trend , müxbir N.Abdullayeva / "Rusiya Azərbaycanla humanitar əməkdaşlığı yüksək qiymətləndirir", - cümə günü Rusiya prezidenti administrasiyasının rəhbəri Sergey Narışkin Bakı Slavyan Universitetində çıxış edərkən deyib.
"Azərbaycanda rus dilinin öyrənilməsi üçün bütün şərait yaradılıb. Azərbaycanda həm rus dili, həm də rus mədəniyyətinə maraqla yanaşmanı görmək xoşdur. Bu, Azərbaycan hökümətinin uzaqgörən siyasətidir", - Narışkin bildirib.
Rusiya prezidenti administrasiyasının rəhbəri Azərbaycan ali təhsil müəssisələrinin tələbələrinə Dmitri Mendeleyev adına təqaüd təqdim edib. Bu, "Avrasiya İnstitutları Tədqiqatları"nın İnkişaf Fondu tərəfindən Azərbaycan Respublikasının ali dövlət təhsil müəssisələrində oxuyan və təhsilində, elmi tədqiqatlarda, sənət fəaliyyətində uğur qazanmış tələbələrin həvəsləndirilməsi üçün təsis olunub.
"Mendeleyev adına mükafat nəinki gənclik, həm də bizim ümumi gələcəyimizə sərmayədir", - Rusiya prezidenti administrasiyasının rəhbəri qeyd edib. O, bu tələbələrin peşəkar olacaqlarına əmin olduğunu deyib. "Bunda tək Azərbaycan yox, həm də Rusiya maraqlıdır", - o bildirib.
Təqaüdlər BDU-nun dörd, Slavyan Universitetinin üç, Xarici Dillər Universiteti, Bakı Musiqi Akademiyası və Texniki Universitetinin hərəsinin bir tələbəsinə təqdim olunub.
Narışkin, Azərbaycana rəsmi səfəri çərçivəsində bu gün Moskva Dövlət Universitetinin Bakı filialının açılışında iştirak edib.
"Sergey Narışkinin səfəri Azərbaycan və Rusiya arasında ikitərəfli münasibətlərin inkişafına böyük töhfə verdi", - mərasimdə Azərbaycan Prezidenti administrasiyasının rəhbəri Ramiz Mehdiyev deyib.
"Bu gün Azərbaycan dinamik inkişaf edir və uğurlu sərmayə siyasəti, iqtisadi və siyasi inkişaf Azərbaycan gəncliyinə keyfiyyətli təhsil almaq imkanı verir", - o bildirib.
Rus dili həm Azərbaycanda, həm də onun təhsilində vacib yer tutmaqda davam edir. Statistikaya əsasən, 16 mindən çox tələbə rusca təhsil alır. Bütün tələbələrin 65 faizi öz ali, 74 faiz şagird isə orta təhsil müəssisələrində rus dilini öyrənir. 220-dən çox uşaq bağçasında uşaqlar rus dilində hazırlıq keçir. 215 min şagird rus dilini xarici dil kimi öyrənir.
"Rus dili Azərbaycanın infromasiya məkanında fəal istifadə olunur", - Mehdiyev, RİA Novosti və İTAR TASS-ın Azərbaycanda fəaliyyət göstərdiyini qeyd edərək bildirib. Bu, Azərbaycan və Rusiya arasında informasiya sahəsində əməkdaşlığın qurulmasından xəbər verir.
Mehdiyevin sözlərinə görə, Azərbaycanda "Rusiya ili" və Rusiyada "Azərbaycan ili" uğurla həyat keçirilib. Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş mehriban qonşuluq siyasəti, bu günə qədər özünə ilk öncə gəncliyi daxil etməklə uğurla inkişaf edir", - o bildirib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]