...

Azərbaycan Prezidenti İlham Əliyev Kikboksinq Təşkilatları Dünya Assosiasiyasının prezidenti Ennio Falsonini qəbul edib

Siyasət Materials 27 Fevral 2009 20:53 (UTC +04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 27-də Kikboksinq Təşkilatları Dünya Assosiasiyasının prezidenti Ennio Falsonini qəbul edib.  Məlumatı AzərTac dövlət informasiya ağentliyi yayıb.

Falsoni Azərbaycanda idmanın inkişafı üçün hər cür şəraitin yaradıldığını vurğulayıb. Azərbaycanın beynəlxalq idman aləmində artan nüfuzundan danışan qonaq bir sıra mötəbər beynəlxalq yarışların keçirilməsi üçün ölkəmizdə əlverişli imkanın olduğunu vurğulayıb.

Prezident İlham Əliyev Azərbaycanda idmanın bütün növlərinə dövlət tərəfindən yüksək diqqət göstərildiyini, gənclərin fiziki sağlamlığı üçün ölkəmizin hər yerində lazımi idman infrastrukturunun yaradıldığını qonağa bildirib. Dövlət başçısı Kikboksinq Təşkilatları Dünya Assosiasiyası ilə Azərbaycanın müvafiq idman qurumlarının əməkdaşlığının gələcəkdə daha da genişlənəcəyinə ümidvar olduğunu qeyd edib.

Xəbər lenti

Xəbər lenti