...

Əsas məqsəd Fələstin dövlətinin yaradılması olmalıdır – ABŞ-ın Dövlət Katibi

Siyasət Materials 2 Mart 2009 15:57 (UTC +04:00)
Əsas məqsəd Fələstin dövlətinin yaradılması olmalıdır – ABŞ-ın Dövlət Katibi

Qəzza Zolağının bərpasına dair keçirilən konfrans təkcə regionda humanitar vəziyyətin yaxşılaşdırılmasına deyil, müstəqil Fələstin dövlətinin yaradılması prosesinə də yönəldilməlidir. "Al Jazeera" kanalının verdiyi xəbərə görə, bu barədə Misirin Şarm-əş-Şeyx şəhərində keçirilən konfransda çıxışı zamanı ABŞ-ın Dövlət Katibi Hillari Klinton bildirib.

"Yaxın Şərqdə sülhün bərpa olunması üçün hərəkət etməyin vaxtı çatıb, biz uzun müddət qərarlar qəbul edib və problemləri müzakirə etmişik", - Klinton bildirib.

Konfransda İsrailin 22 gün sürən hərbi hücumlarından zərər çəkən Qəzza əhalisinə yardım üçün toplaşmış 70 ölkə və 10 beynəlxalq təşkilat iştirak edir.

ABŞ-ın Fələstin Muxtariyyətinə və əhalisinə maddi yardımı 900 mln.dollar təşkil edib.

Klintonun sözlərinə görə, fələstinlilər İsrailə qarşı müqavimət göstərməyi dayandırmalı və regionda təhlükəsizliyin bərpası məsələsində onunla əməkdaşlıq etməlidirlər.

Klinton bildirib ki, fələstinlilər sübut etməlidirlər ki, onlar İsrail ilə sülh şəraitində yaşaya bilərlər və onun mövcudluğunu qəbul etməlidirlər.

"Əgər biz indi hərəkət etməyə başlamasaq, çox yaxın vaxtlarda regionda barışıq üçün imkan ola bilər", - deyə ABŞ-ın Dövlət Katibi bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı:  [email protected]

Xəbər lenti

Xəbər lenti