...

Azərbaycan Prezidenti Mingəçevirdə "Kür" Olimpiya tədris-idman mərkəzinin tikintisi ilə tanış olub

Siyasət Materials 3 Mart 2009 15:38 (UTC +04:00)

Azərbaycan Prezident İlham Əliyev çərşənbə axşamı Mingəçevirdə "Kür" Olimpiya tədris-idman mərkəzinin tikintisi ilə tanış olub. Məlumatı AzərTAc dövlət informasiya agentliyi yayıb.
Gənclər və idman naziri Azad Rəhimov dövlət başçısına məlumat verib ki, inşaat işlərini nazirliyin sifarişi əsasında Serbiya-Azərbaycan birgə müəssisəsi olan "Serbaz layihə və tikinti" MMC həyata keçirir. Burada Avropada, o cümlədən MDB məkanında bənzəri olmayan avarçəkmə bazası yaradılacaq.
Prezident İlham Əliyev tikintinin layihələrinə baxıb. Məlumat verilib ki, inzibati korpusda inşaat işləri başa çatır, mehmanxana və üzgüçülük hovuzunun tikintisi isə davam etdirilir. Mərkəzin ilin sonunda istifadəyə verilməsi nəzərdə tutulub.
Bununla da Prezident İlham Əliyevin Mingəçevir şəhərinə səfəri başa çatıb.

Xəbər lenti

Xəbər lenti