...

İran parlamenti İran və Küveyt arasında təhlükəsizlik əməkdaşlığı məsələsini müzakirə edəcək

Siyasət Materials 3 Mart 2009 18:06 (UTC +04:00)

İran, Tehran, 03 mart / Trend , A.Namdari / İran parlamentinin milli təhlükəsizlik komissiyası İran və Küveyt arasında təhlükəsizlik sahəsində imzalanmış əməkdaşlıq sazişini təsdiqləyib.

"İran və Küveyt arasında təhlükəsizlik sahəsində imzalanmış əməkdaşlıq sazişi ümumi şəkildə parlamentin milli təhlükəsizlik komissiyası tərəfindən araşdırılaraq təsdiqlənib", - İran parlamentinin nümayəndəsi Həsən Təqəvi çərşənbə axşamı Trend -a bildirib.

O bildirib ki, yaxın gələcəkdə İran parlamenti nümayəndələri bu razılaşmanı təsdiq üçün müzakirə edəcək.

İran və Küveyt arasındakı təhlükəsizlik sazişində sərhəd, dəniz təhlükəsizliyi və terrorizmlə mübarizə kimi məsələlər əks olunub.

İran və Küveyt arasında təhlükəsizlik sahəsində əməkdaşlıq sazişi 2002-ci ildə imzalanıb, lakin İranın rəsmi orqanları indiyədək bu sazişi təsdiqləməyib.

Həmin saziş 2002-ci ildə Küveyt parlamentində təsdiq olunub.

Küveyt İranın cənub qərbində yerləşir. İran və Küveyt arasında normal diplomatik əlaqələr mövcuddur.

Xəbər lenti

Xəbər lenti