...

Rusiyalı ekspertlər Ermənistandakı vəziyyətin getdikcə gərginləşəcəyini proqnozlaşdırırlar

Siyasət Materials 4 Mart 2009 14:58 (UTC +04:00)
Rusiyalı ekspertlər Ermənistandakı vəziyyətin getdikcə gərginləşəcəyini proqnozlaşdırırlar

Azərbaycan, Bakı, 04 mart / Trend , müxbir А.Bədəlova /

"Ermənistanda dolların yerli valyutaya nisbətən bahalaşması ilə bağlı yaranmış gərgin vəziyyət bundan sonra da davam edəcək", - Rusiya "Alfa-Bank"ının baş iqtisadçısı Natalya Orlova hesab edir.

"Ölkədə gərgin vəziyyət bundan sonra da müşahidə olunacaq", - çərşənbə günü Trend -a Orlova deyib.

Ermənistan Mərkəzi Bankı dünən, milli valyuta ilə bağlı "üzən" məzənnə siyasətini elan edib ki, bu da ölkədə əsl təşvişə səbəb olub. İTAR-ТАСС-ın MB-nin sədri Artur Cavadyana istinadən verdiyi xəbərə görə, bu qərar ticarət şəraitinin pisləşməsi və respublikaya kapital axınının artım tempinin azalması səbəbindən qəbul edilib. Qərarın nəticəsində dollar 25 faiz bahalaşıb. Bir neçə saat ərzində məzənnə 1 ABŞ dollarına görə 350-360 dram səviyyəsinə qalxıb.

Orlovanın sözlərinə görə, valyuta bazarından çəkilmə haqda qərar qəbul edildikdə, valyuta məzənnəsi öz tarazlıq qiymətini tapmalıdır.  

"Bir qayda olaraq bu, milli valyutanın sonrakı devalvasiyası ilə müşayiət olunur", - Orlova bildirib.

Rusiya "YuniKreditBank"ının strateji planlaşdırma və inkişaf idarəsinin rəisi Vladimir Osakovskinin fikrincə, uzaq perspektivdə yəqin ki, dramın ucuzlaşması davam edəcək.

"Qısamüddətli perspektivdə Ermənistan MB yəqin ki, dramın məzənnəsini sabitləşdirməyə çalışacaq ki, devalvasiya ətrafında təlaşın artmasına mane olsun. Dərəcə çox yuxarıdır və artmaqda da davam edə bilər", - Trend -a Osakovski bildirib.

BVF-nin proqnozlarına görə, 2009-cu ildə Ermənistanda iqtisadiyyatın 1,5 faiz düşməsi gözlənilir.

Osakovskinin fikrincə, yaxın aylarda ölkədə inflyasiyanın sürətinin artmasını gözləmək olar.   

"Onun ölçüsü isə MB-nin gələcək pul siyasətindən asılı olacaq", - Osakovski əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti